Milli Xorvatiyada ilk məşqə çıxdı – FOTO
27.01.2020 , 17:12

DÇ-nın elit-raund mərhələsinin oyunlarına hazırlaşan Azərbaycan millisi dünən qarşılaşmaların keçiriləcəyi Osiek şəhərindəki “Qradaki vrt” İdman Kompleksində ilk məşqinə çıxıb.
Korner.az verir ki, baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi ilə komanda taktiki planda tapşırıqları yerinə yetirib.
Yığma ilk oyunda ev sahibi Xorvatiya ilə qarşılaşacaq. Yanvarın 29-da keçiriləcək oyuna saat 23:00-da start veriləcək.
