Milli üzvünün komandasından qələbə
08.11.2022 , 13:43

Niderland birinci divizionunda 14-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, millimizin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” bu turda səfərdə “Utrext”in ikinci komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Ozan Can bu görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
“Eyndhoven” hazırda 26 xalla 20 komanda arasında 4-cü pillədə qərarlaşıb.
