Milli üzvü üçün yeni baş məşqçi
09.10.2021 , 16:31

Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay”ın yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı İqor Leonov çalışdıracaq.
O, bu vəzifədə Vasili Kobini əvəzləyib. 54 yaşlı ukraynalı məşqçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
“Minay” hazırda Ukrayna Premyer Liqasında 9 turdan sonra cəmi 6 xalla 15-ci pillədə qərarlaşıb.
