Milli üzvü üçün 90 dəqiqə
27.02.2022 , 14:28

Almaniyanın Qərb Regional Liqasında 27-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası bu turda doğma meydanda “Essen”lə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Rüfət bu görüşdə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
“Şalke 2” bu nəticədən sonra 31 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.
