Milli üzvü üçün 90 dəqiqə və qələbə
19.10.2020 , 20:18

Ukrayna Premyer Liqasında 6-cı tura yekun vurulub.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” doğma meydanda “İnhulets”lə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 34-cü dəqiqədə sarı vərəq alıb.
“Aleksandriya” hazırda 9 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.
