Azərbaycan millisi və Türkiyənin “Bursaspor” klubunun üzvü Deniz Yəılmaz qışda klubunu dəyişə bilər
Onun xidmətində I Liqa təmsilçisi “Çaykur Rizespor” maraqlıdı.
Məlumatı qonşu ölkə mətbuatı yayıb. Bildirilir ki, “Bursaspor”da heyətə düşə bilməyən Yılmaz aşağı dəstə təmsilçisinə keçməyə isti yanaşır.
I Liqada işləri yolunda getməyən “Çaykur Rizespor”un isə əsas transfer hədəflərindən biri millimizin üzvüdü.
