Milli üzvü Rusiya klubundan ayrıldı
12.06.2020 , 19:23

Qadınlardan ibarət Azərbaycanın voleybol millisinin üzvü Yelizaveta Səmədova “Leninqradka”dan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Səmədova son iki mövsümü Rusiya klubunda keçirib.
