Voleybol

Milli üzvü Macarıstan klubu ilə müqavilə imzaladı

04.05.2020 , 18:56

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova növbəti mövsümü də hazırda çıxış etdiyi Macarıstanın “Vaşaş” klubunda keçirəcək.

Korner.az xəbər verir ki, bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 27 yaşlı voleybolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Ayşən Abduləzimova 2019-cu ilin sentyabrından “Vaşaş”da çıxış edir.

Son yazılar

Yuxarı