Milli üzvü koronavirus testindən keçdi
02.05.2020 , 17:53

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın klubu “Ersgebirge” futbolçuları koronavirus analizi verib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bütün futbolçuların testləri neqativ çıxıb.
Qeyd edək ki, Nazarov 2016-cı ildən “Ersgebirge”də çıxış edir.
