Milli üzvü klubu ilə müqaviləsini yenilədi
10.12.2024 , 12:30
Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk gələcəyi ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, o, Cənubi Koreyanın “Daejeon Hana Citizen” klubu ilə müqaviləsini yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun yeni sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir.