Milli üzvü karantinə alındı
06.10.2020 , 18:55

Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi Ukraynanın “Aleksandriya” klubunun bir neçə futbolçusunda koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Test nəticələri müsbət çıxan oyunçuların adları açıqlanmayıb. Əsas komandanın karantinə alındığı bildirilib.
