Milli üzvü ən uğursuz transferlər sırasında
27.04.2020 , 18:50

“Eybar” klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri açıqlanıb.
Korner.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
La Liqa klubunun ən uğursuz transferləri arasında Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov da yer alıb. İsrafilovla birlikdə Simone Verdi və İzet Hayroviç ilin uğursuz transferlərindən olub.
2015-ci ildə “Mursiya”dan icarə əsasında “Eybar”a keçən 28 yaşlı yarımmüdafiəçi həmin mövsüm komandada cəmi 6 oyun keçirib. O, bu görüşlərin yalnız birində meydana əsas heyətdə çıxıb.
