Almaniya Qərb Regional Liqasında 22-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu “Fortuna II” (Dusseldorf) də növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Köln II” ilə üz-üzə gəlib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat 90+1-ci dəqiqədə əvəzlənib. Futbolçumuz 84-cü dəqiqədə komandasının 2-ci qolunu vurub.
