Milli üzvü “Fənərbağça” ilə oyunu buraxacaq
20.12.2018 , 12:43

Azərbaycan U-21 millisinin üzvü Ozan Can Kökçü zədələnib. “Giresunspor”da forma geyinən gənc oyunçu bu səbəbdən Türkiyə Kubokunun 1/16 final mərhələsində “Fənərbağça” ilə cavab oyununu buraxacaq.
Kökçü hazırda müayinə olunmaq üçün Hollandiyadadı. Onun nə zaman sıraya dönəcəyi bəlli deyil.
“Giresunspor” – “Fənərbağça” oyunu bu gün 21:30-da start götürəcək. İlk matçda Super Liqa klubu minimal hesabla qələbə qazanıb – 1:0.
