Milli üzvü Çin klubu ilə müqavilə bağladı
28.12.2022 , 12:18
Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək.
Əliyeva “Şenzen Jonqsay” klubu ilə müqavilə imzalayıb. O, 2022/23 mövsümünün sonunadək bu klubda çıxış edəcək.
Əliyeva mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib.
2015/16 mövsümündə “Azərreyl”də çıxış etmiş voleybolçu həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.