Milli üzvü “Başakşəhər”lə yeni müqavilə imzaladı
07.10.2020 , 00:08

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Serhan Üresin klubu “Başakşəhər”lə yeni müqavilə imzalayıb.
Korner.az xəbər berir ki, yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə peşəkar sözləşməyə qol çəkib.
Üresin sentyabrın 24-dən 30-dək Bakıda keçirilən təlim-məşq toplanışında ilk dəfə Azərbaycanın U-19 yığmasında iştirak edib.
