Milli üzvləri Moldova ilə oyundan danışdılar
06.06.2021 , 11:28

Millimizin üzvləri Abbas Hüseynov, Namiq Ələsgərov və Rüstəm Əhmədzadə Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunundan danışıb.
Korner.az xəbər verir ki, onlar AFFA-nın rəsmi saytına açıqlamalarında bunları söyləyiblər:
Namik Ələskərov: “Çətin mövsüm keçirdik. Futbolçularda müəyyən mənada yorğunluq hiss olunurdu. Bu təlim-məşq toplanışı bizi yenidən hazır vəziyyətə gətirdi. Plana uyğun olaraq məşqlərimizi davam etdiririk. Keçirdiyimiz iki oyunda pis təsir bağışlamadığımızı düşünürəm. Düzdür, Türkiyə ilə oyunda nəticə biz istəyən kimi olmadı, amma bunu da normal qarşılaşamaq lazımdır. Türkiyə güclü rəqibdir, üstəlik, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Belarusla oyunda isə hesabda geridə olsaq da, dönüş yaratmağı bacardıq. Moldova ilə oyunda da yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Artıq neçə gündür sabahkı oyunu analız edirik. Mənə inanıb şans verdiyinə görə baş məşqçiyə təşəkkür edirəm”.
Rüstəm Əhmədzadə: “Hər futbolçu kimi, mən də ilk dəfə milliyə dəvət alanda yaxşı mənada təəccübləndim. Məni burada çox yaxşı qarşıladılar. Komandada çox yaxşı ab-hava var. Həm meydanda, həm meydandan kənarda hamının dəstəyini hiss edirəm. Sevinirəm ki, bu komandanın bir üzvüyəm. Belarusla oyunda debüt etmək imkanı əldə etdim. Mən meydana daxil olan zaman komandamız hesabda geridə idi. Sevindirici haldır ki, qələbə qazanmağımızda mənim, az da olsa, payım oldu. Milli komandadakı gələcəyimlə bağlı fikir bildirmək istəmirəm. Gələcəkdə yenidən dəvət alıb-almayacağıma məşqçilər korpusu qərar verəcək. Şəxsən öz adıma söz verə bilərəm ki, nə zaman milliyə dəvət alsam, əlimdən gələnin maksimumunu etməyə, komandaya fayda verməyə çalışacağam”.
