Milli Ukraynaya böyük hesabla uduzdu
24.10.2022 , 18:29

17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşııb. Görüş rəqibin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını 77-ci dəqiqədə Hüseyn Hüseynov və 83-cü dəqiqədə Murad Məmmədov vurub.
Komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.
