Milli Ukrayna ilə qarşılaşacaq
06.05.2021 , 18:33

Azərbaycan U-21 millisi mayın sonunda Ukraynada təşkil ediləcək Valeri Lobanovski xatirə turnirində iştirak edəcək.
Korner.az xəbər verir ki, bu barədə Ukrayna Futbol federasiyasının saytı məlumat yayıb.
Bildirilir ki, turnirə 4 komanda qatılacaq. Azərbaycan yığması ilə yanaşı Ukrayna, Özbəkistan və Tunisin U-21 milliləri qüvvəsini sınayacaq.
Millan Obradoviçin rəhbərlik etdiyi komanda ilk oyununu mayın 26-da ev sahibi Ukraynaya qarşı keçirəcək.
