Milli üçün növbəti sınaq
20.09.2022 , 16:08

Azərbaycan millisi daha bir yoxlama oyunu keçirəcək.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma Şimali Makedoniya seçməsi ilə üz-üzə gələcək. Görüş noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da olacaq. Bildirilir ki, oyunun saatı ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, millimiz noyabrın 16-sı da yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda Kişineudakı “Zimbru” stadionunda Moldova yığması ilə görüşəcək.
