Milli Türkiyəyə məğlub oldu
29.10.2024 , 00:34

Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.
Korner.az xəbər verir ki, U-15 Qəbələdə hazırlıq keçən Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun Türkiyə yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq görüşü oktyabrın 31-də keçiriləcək.
