Milli taciklərlə heç-heçə etdi
06.02.2020 , 20:18

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az xəbər verir ki, Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşma heç-heçə başa çatıb – 1:1.
Yığmamızın heyətində Nicat Quliyev fərqlənib. U-17 növbəti oyununu fevralın 10-da Danimarkanın “Hellerup” klubuna qarşı keçirəcək.
