Milli Sloveniya ilə qarşılaşacaq
15.03.2022 , 19:43

Martın 17-dən 20-dək Bakıda, 21-dən 24-dək isə Sloveniyada 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
Korner.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-19 martın 22-də və 24-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qeyd ki, yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
