Milli Slovakiyaya qalib gəldi
26.10.2019 , 21:30

DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün qrupda son matçını keçirib.
Korner.az xəbər verir ki, yığmamız Slovakiya ilə qarşılaşıb. Yığmamız bu görüşdə qalib gəlib – 0:2
Xatırladaq ki, İlk iki turda Moldova və Monteneqroya müvafiq olaraq 3:1 və 3:2 hesabıyla qalib gəlmişdi.
26 oktyabr
20:00 Slovakiya – Azərbaycan – 0:2
Qollar: Bolinya, 29:21. Vassura, 34:38.
Hakimlər: Ondrej Çerny (Çexiya), İngus Puriņş (Latviya), İngo Heemsoth (Almaniya).
Bakı İdman Sarayı.
