Milli Slovakiyaya qalib gəldi
29.01.2021 , 20:23

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın komandası Slovakiya yığmasını qəbul edib .
Bakı İdman Sarayında oynanılan qarşılaşmada millimizi 4:1 hesabı ilə qalib gəlib.
Qrupun ilk matçında isə Moldova yığması Yunanıstana qalib gəlib – 3:1.
Avropa çempionatının seçmə mərhələsi
III qrup
29 yanvar
18:00. Azərbaycan – Slovakiya – 4:1
Hakimlər: İrina Velikanova, Yuri Neverov (Rusiya), Hikmət Qafarlı, Knyaz Əmiraslanov
Bakı İdman Sarayı
