Milli seçmə mərhələni xalsız başa vurdu
10.10.2022 , 15:53

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün sonuncu oyununu keçirib.
Korner.az xəbər verir ki, görüş Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı olub.
Oyun 1:0 hesabı ilə xorvatların xeyrinə başa çatıb.
Beləliklə, hər 3 oyunda uduzan yığmamız seçmə mərhələni xalsız başa vurub.
