Milli “Şamaxı” ilə qarşılaşacaq
20.09.2022 , 19:28

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində “Şamaxı” ilə yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki qarşılaşma sentyabrın 24-də, saat 19:00-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Bundan əlavə, U-21-in hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub. “Səbail” klubunun üzvü Samir Abdullayev düşərgəyə qoşulub.
