Azərbaycan millisi Rusiyaya qalib gəldi
30.01.2020 , 21:55

Futzal üzrə Azərbaycan milli komandası DÇ-nin elit-raund mərhələsində bu gün növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, yığma Rusiya millisi ilə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyununda Xorvatiyaya 0:2 hesabıyla uduzub.
Futzal. DÇ-2020
30 yanvar
20:00. Azərbaycan – Rusiya – 4:3
Qol: R.Vilela, 01:44. K.Everton, 33:31; 39:24. İ.Atayev, 36:45 – Romulo, 15:28. D.Davıdov, 17:33. A.Antoşkin, 39:40.
