Milli Qırğızıstanla heç-heçə etdi
11.10.2021 , 19:57

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, yığma Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə bitib.
Bu komandalar arasında oktyabrın 8-də keçirilmiş ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.
