Milli Qazaxıstana qalib gəldi
22.03.2023 , 19:43

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, yığma Bosniya və Herseqovinada keçirdiyi matçda Qazaxıstan yığması ilə qarşılaşıb. Görüş komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın qollarına Ayşən Salamzadə və Aydan Həsənova imza atıblar.
Milli növbəti oyununu martın 25-də Bosniya və Herseqovinaya qarşı keçirəcək.
22 mart
Avropa çempionatı
B Liqası, II qrup
17:00 Azərbaycan U-17 – Qazaxıstan U-17 – 2:0
