Milli “Qaradağ Lökbatan”la heç-heçə
29.04.2022 , 22:14

Bakıda təlim-məşq toplanışını davam etdirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, I Divizion təmsilçisi “Qaradağ Lökbatan”la oyun 1:1 hesabı ilə başa çatıb. Millinin heyətində Ceyhun Hacıyev fərqlənib.
U-18 keçirdiyi ilk yoxlama oyununda “Sumqayıt”ın əsas komandası ilə 1:1 hesablı heç-heçə etmişdi.
“Qaradağ Lökbatan” I Divizionda 51 xalla liderdir.
