Milli Paralimpiya Komitəsində yeni təyinat
27.12.2021 , 17:59

Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat olub.
Korner.az xəbər verir ki, Natiq Qasımov qurumun fəxri vitse-prezidenti seçilib.
O, paralimpiya hərəkatının inkişafında fəal xidmətləri qarşılığında təltif olunub.
Natiq Qasımov daha əvvəl MPK-nın I vitse-prezidenti və Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin sədri vəzifəsində çalışıb.
