Milli Özbəkistana məğlub oldu
25.04.2024 , 18:00

Azərbaycanın U-17 millisi bu gün Belarusun paytaxtı Minskdə UEFA İnkişaf turnirində növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, İlham Yadullayevin komandası “ABFF Technical Center”də Özbəkistan millisi ilə üz-üzə gəlib.
Görüş millimizin 0:2 hesablı məğlubiyyəti ilə bitib.
Azərbaycan U-17 millisi turnir çərçivəsində ilk oyununda Belarusa 0:4 hesabı ilə uduzub. Özbəkistan kollektivi isə Tacikistana 2:1 hesabı ilə qalib gəlib. Millimiz turnir çərçivəsində 3-cü oyununu Tacikistana qarşı keçirəcək.
