Milli Özbəkistana qarşı
21.02.2025 , 11:00

U-17 yığma komandamız bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.
Korner.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv Özbəkistan yığması ilə üz-üzə gələcək.
Minskdə baş tutacaq görüşə Bakı vaxtı ilə saat 15:40-da start veriləcək.
Qeyd edək ki, yığma komandamız Rusiyaya (0:3) uduzub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.
