Milli Monteneqroya qalib gəldi
31.10.2023 , 18:08

Qadınlardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da, saat 16:00-da start götürəcək oyunda Monteneqro yığması ilə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Millinin qollarını 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak, 84-cü dəqiqədə isə Ayşən Əhmədova vurublar.
31 oktyabr
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
16:00 Azərbaycan – Monteneqro – 3:0
Baş hakim: Anastasiya Romanyuk
