Milli Moldovaya məğlub oldu
06.06.2021 , 21:55

Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda təlim-məşq toplanışının son sınaq matçında səfərdə Moldova yığması ilə qarşılaşıb.
Kişinyovdakı “Zimbru” stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bundan əvvəl Türkiyəyə 1:2 hesabı ilə uduzan milli Belarusa eyni hesabla qalib gəlib.
Yoldaşlıq oyunu
6 iyun
20:00. Moldova – Azərbaycan – 1:0
Kişinyov, “Zimbru” stadionu
