Milli Moldova ilə yoxlama oyunu keçirəcək
18.10.2019 , 00:54

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldova yığması ilə iki yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, komandalar oktyabrın 23-ü və 25-i qarşılaşacaq.
Hər iki oyun Vadul luy Vode şəhərində keçiriləcək.
