Milli Moldova ilə iki oyun keçirəcək
18.10.2019 , 12:34

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi moldovalı həmyaşıdları ilə yoxlama oyunları keçirəcək.
Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Komandaların oktyabrın 23 və 25-də üz-üzə gələcəyi bildirili. Hər iki oyun Vadul luy Vode şəhərində keçiriləcək.
