Millidən qələbə
25.01.2020 , 20:15

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb. U-19-un heyətində Camal Cəfərov və Elçin Qasımov fərqlənib.
Bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.
