DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Argentina – Kolumbiya matçından meydan sahiblərinin futbolçuları gözlənilməz addım atıb.
Korner.az-ın məlumatına görə, futbolçular yerli mətbuatı boykot ediblər.
Argentina mediası Ezekiel Lavessinin komandanın düşərgəsində marixuana çəkməsi ilə bağlı xəbərini iddia edib. Milli üzvləri yayılan xəbəri əssasız hesab edib və mətbuatı boykot edib. Messi və komanda yoldaşları mətbuat konfrasnında jurnalistlərin qarşısına çıxıb:
"Bundan sonra mətbuata danışmamaq barədə qərar qəbul etdik. Qərarımızın səbəbini də çox gözəl bilirsiniz. Çox təndiq olunmuşuq, amma reaksiya verməmişik. Hamının fikirlərinə hörmətlə yanaşmışıq. Lavessinin narkotik maddə qəbul etdiyi xəbərinə bu şəkildə cavab vermək məcburiyyətində qaldıq".
