Milli məğlub oldu
19.04.2021 , 21:50

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub. U-18-in heyətində Ağadadaş Salyanski fərqlənib.
Millimiz hazırlıq çərçivəsində növbəti oyununu aprelin 21-də birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”a qarşı keçirəcək.
