Milli məğlub oldu
05.07.2023 , 21:56

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, komanda Moldova yığması ilə üz-üzə gəlib.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurub.
A qrupunun digər görüşündə İtaliya Estoniyanı məğlub edib – 3:1.
