Milli məğlub oldu
08.02.2022 , 20:40

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində bu gün yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, “Antalyaspor-2″ komandasına qarşı keçirilən qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Millimizin heyətində Ayxan Süleymanov fərqlənib.
