Milli Lüksemburqa qarşı
12.03.2025 , 10:30

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.
Korner.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gələcək.
Bayıl stadionunda keçiriləcək oyuna saat 16:00-da start veriləcək.
12 mart
16:00. Azərbaycan (U-17, Qadınlar) – Lüksemburq (U-17, Qadınlar)
Baş hakim: Eglantina Pjetrushaj (Albaniya)
Bayıl stadionu.
