Milli Latviyaya qalib gəldi
17.11.2023 , 20:44

Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Korner.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv bu gün “Dalğa Arena”da Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə bitib.
