Azərbaycan milli komandasının məşqçilər korpusunun üzvləri Azərbaycan Premyer Liqası klublarının hazırlıq prosesini izləmək məqsədilə Türkiyənin Antalya şəhərində səfərdədir.
Korner.az-ın məlumatına görə, Draqan Spasiç və Elxan Abdullayev “Simurq” klubunun məşqini və “Xəzər Lənkəran” – “Tekirdağspor” yoxlama oyununu, Qordan Tsipriç, Mahmud Qurbanov və Faiq Əzizov isə “Qəbələ” – PSV-2 qarşılaşmasını izləyiblər. “Simurq” klubunun daha bir məşqində isə Mahmud Qurbanov və Faiq Əzizov olub. (AFFA)
