Mayın 29-da Doha şəhərində Azərbaycan və Qətər milli komandası arasında yoldaşlıq oyunu keçiriləcək.
Korner.az-ın məlumatına görə, artıq qarşılaşmanın keçiriləcəyi stadion və oyunun başlanma vaxtı müəyyənləşib. Qətər – Azərbaycan oyunu Al-Saad klubunun stadionunda keçiriləcək və yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə saat 17:15) başlayacaq.
