"Əlbəttə, qələbə qazandığımız üçün çox sevinirik. Amma məni sevindirən digər məqam bu gün komandamın cəsarətli, özünə böyük inamla çıxış etməsi oldu".
Korner.az-ın məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sisi Rayt deyib.
Almaniyalı mütəxəssis Türkiyə üzərindəki 2:0-lıq qələbəyə belə şərh verib:
"Qələbəni gərgin mübarizə nəticəsində qazandıq. Heç bir komponentdə rəqibimizdən zəif təsir bağışlamadıq. Bu qələbə dünya çempionatına yüksək əhval-ruhiyyə ilə başlamaq baxımından böyük əhəmiyyət daşıyır”.
