Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, Moldovalı həmyaşıdları ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Orxan Əliyevin dubl etdiyi oyunda digər qolu Elşən Abdullayev vurub.
