Futbol

Milli komandamız yenə uduzdu

25.03.2018 , 12:00

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib

İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

U-17 bu mərhələdə son oyununu martın 28-də İslandiya yığmasına qarşı keçirəcək.

Xatırladaq ki, millimiz martın 22-dəki ilk görüşündə meydan sahibi Almaniyaya böyük hesabla (0:5) uduzub. İki oyundan (0 xal) sonra komandamız qrupda sonuncu – dördüncü yeri tutur. İlk turdan qələbə qazanan Almaniya və İslandiya 3 xalla birinci-ikinci yerləri bölüşdürür. İki oyundan 3 xalı olan İrlandiya 3-cü pillədədir.

Son yazılar

Yuxarı